Qondarma erməni soyqırımı yenidən Fransa parlamentinin gündəmində
30 Avqust 2012 14:57 (UTC+04:00)
Qondarma erməni soyqırımını inkar
edənlərin cəzalandırlması haqqında qanun layihəsi payızda yenidən
Fransa parlamentinin gündəminə gətiriləcək. ANS PRESS-in erməni
mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə Fransadakı
"Ay data" ofisinin rəhbəri Qraçya Varjapetyan bildirib. O, qeyd
edib ki, Fransa prezidenti Fransua Olland söz verdiyi kimi bu
təşəbbüsü dəstəkləyir.
Varjapetyanın sözlərinə görə, erməni ictimaiyəti Fransa
prezidenti admnistrasiyası ilə birlikdə ötən layihədənin
Konsitutsiya Şurasından keçməməsinə səbəb olan bütün məqamları
tədqiq edərək qanun layihəsi üzərində işləyir.
Xatırladaq ki, qanun layihəsi ilin əvvəlində Senat tərəfindən qəbul
olunsa da, Konstitusiya Şurası layihəni konstitusiyaya zidd saydığı
üçün onu ləğv etmişdi.