Türkiyəli gözəlin şok açıqlamaları – FOTO

12 Aprel 2012 20:34 (UTC+04:00)


Türkiyənin məşhur modeli, müğənnisi, aktrisası ve teleaparıcısı Sevda Dəmirəl bəzi jurnalistlərin özüylə bərabər olmaq istədiyini etiraf edib.

Movqe.Az xəbər portalı Türkiyə mətbuatına istinadən verir ki, Türkiyənin "TV8"' televiziyasının "Böylə Bir Şey Var Mı?" verilişində qonaq olan S.Dəmirəl, özüylə birlikdə olmaq istəyən jurnalistlərlə əlaqəli təsiredici fikirlər səsləndirib: "Jurnalistlər mənimlə birlikdə olmaq üçün bəxtlərini sınayırdılar. Mən qapılarımı bağlayırdım. Çünki onları qardaş kimi görürdüm. bul etməyəndə də, onlar qələmlərini mənə qarşı çox qəddarcasına istifadə edirdilər. Amma bunu o vaxtları harada deyə bilərdim ki?! Kimsə inanmazdı", - S.Dəmirəl dedi.

S.Dəmirəl onu da qeyd etdi ki, konsert proqramı ilə çıxış etmək üçün xarici ölkələrin birinə gedəndə qrupda olan bir jurnalist onun otel otağına icazəsiz girib. O, başına gələn hadisəni belə izah edib: "Qapımı səsləmədən içəri daxil oldu, bir şeylər etmək istədi. Əsəbləşəndə də ömür boyu nim hər han bir xəbərimi yazmırdı. Bu adilmi? Bir də neçə adama razılıq verə bilərsən? Məni bu cür kədərli edən iki jurnalist olub".

Fuad Mədətov