Misir Suriyaya hərbi müdaxiləyə çağırdı
30 Avqust 2012 17:21 (UTC+04:00)
İranda keçirilən Qoşulmama
Hərəkatının zirvə toplantısında çıxış edən Misir prezidenti
Məhəmməd Mursi Suriyaya xarici müdaxilənin vacibliyindən danışıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, Mursi
bildirib ki, Suriyada ara verməyən qanlı hadisələr xarici müdaxilə
olmadan dayanmayacaq. Misir prezidenti Suriyada baş verənlərdə
Bəşər Əsədi günahkar sayıb.
Maraqlıdır ki,
Mursinin çıxışı zamanı Suriya nümayəndə heyəti iclas zalını tərk
edib.