Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Suriya xarici işlər naziri ilə görüşüb
30 Avqust 2012 18:56 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə
toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü
əsasında bu ölkənin xarici işlər naziri Valid əl-Muallem ilə
görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüşdə
Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə
bağlı fikir mübadiləsi aparılıb, hər iki ölkənin suverenliyi və
ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub.
E. Məmmədyarov tərəfindən Azərbaycanın Yaxın Şərqdəki, o cümlədən
Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.