Bu gün Qubadlının işğal günüdür

31 Avqust 2012 11:33 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Azərbaycan Respublikasında 14 mart 1933-cü ildə yaradılmış rayon olan Qubadlının inzibati mərkəzi Qubadlı şəhəridir.

İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi,4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir.