Uzunqulaq bələdiyyə sədrini öldürdü

31 Avqust 2012 11:44 (UTC+04:00)

ABŞ-da inanılmaz olay baş verib. Lent.az-ın "Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, Texas ştatının Hollivud Park qəsəbəsinin bələdiyyə sədri Vililam Bohlke dünən fermasında ölü tapılıb. 

Olay yerində araşdırma aparan polis 69 yaşlı Vililam Bohlkenin fermasında saxladığı uzunqulağın hücumuna məruz qaldığına dair sübutlar tapdığını açıqlayıb. Polis rəisi David Sovard deyib ki, uzunqulağın hansı səbəbdən bələdiyyə sədrinə hücum çəkdiyini bilmirlər və tək şahidin də uzunqulaq olduğu nəzərə alınsa, bunun səbəbini öyrənmək qeyri-mümkündür: Ehtimalımıza görə uzunqulaq bələdiyyə sədrinə arxadan hücum çəkib. Vililam Bohlke qaçmağa çalışıb, lakin uzunqulaq onu təqib edərək yerə yıxıb və üzərinə çıxıb".