Xəzərin Azərbaycan sektorunda zəlzələ olub

31 Avqust 2012 13:05 (UTC+04:00)
Avqustun 31-də saat 01.15-də Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət MərkəzindənAPA-ya verilən xəbərə görə, zəlzələ Lənkəran şəhərindən 34 km şimali-şərqdə, Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 4.20, dərinliyi 4 km olub. 

Zəlzələ hiss olunmayıb.