Azərbaycanda polis leytenantı qətlə yetirilib
31 Avqust 2012 13:59 (UTC+04:00)
Sabirabad
rayonunda biri polis əməkdaşı olmaqla, iki nəfər odlu silahla qətlə
yetirilib.
Bu barədə APA-nın Mil-Muğan
bürosuna Sabirabad rayon Prokurorluğundan məlumat daxil
olub.
Məlumatda bildirilir ki, bu gecə saat 02:00 radələrində rayonun
Xankeçən kəndi ərazisində odlu silahla qətl törədilib. Kənd sakini,
1986-cı il təvəllüdlü Gülhüseyn Xanhüseyn oğlu Abıyev həmkəndlisi,
1960-cı il təvəllüdlü Azad Səmid oğlu Zeynalovu və ərazinin sahə
müvəkkili, 1975-ci il təvəllüdlü leytenant Eldəniz Quliyevi ov
tüfəngindən açdığı atəşlə qətlə yetirib. Sahə müvəkkili hadisə
yerində dünyasını dəyişib, A.Zeynalov isə Salyan Mərkəzi Rayon
Xəstəxanasına çatdırılsa, da onu xilas etmək mümkün olmayıb.
Hadisənin nədən baş verdiyini istintaq aydınlaşdırır, G. Abıyev
saxlanıb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb,
araşdırma aparılır.