Gəncədə xeyli miqdarda saxta əsginasın satılmasının qarşısı alınıb

31 Avqust 2012 15:05 (UTC+04:00)
Azərbaycanın Gəncə şəhərində saxta əsginas satılması faktı aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Gəncə şəhər İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq İmanov, Cahangir Fərzəliyev və Elnur Xudaverdiyev 100 ədəd 50 manatlıq saxta əsginası 2000 manata satarkən tutulub. N.İmanovun evinə baxış zamanı saxta əsginasların hazırlandığı "HP Desget 1050 Print Sean Sopu" markalı skayner də aşkar edilərək götürülüb.