Sarkozinin 1saatına 258 min manat verirlər

31 Avqust 2012 15:34 (UTC+04:00)

Amerikan sərmayə bankı "Morgan Stanley" keçmiş Fransa prezidenti Nikolas Sarkoziyə məsləhətçi vəzifəsinin qarşılığında saatda 200 min sterlinq (258 min manat) təklif edib.

İQTİSADİYYAT TƏCRÜBƏSİ

Fransada həftəlik nəşr olunan "Le Canard Enchaine" qəzetinə görə, İngiltərənin keçmiş Baş naziri Toni Bleyerin də məsləhətçilik xidməti verdiyi bank, indi də Sarkozinin iqtisadiyyat təcrübələrindən faydalanmaq istəyir. İqtisadiyyat mütəxəssisləri Sarkozinin məsləhətçiliyini məntiqli bir təklif görüb, siyasətçilər bu vəzifənin siyasi etibarlılığı tamamilə siləcəyi fikirindədir.