Ramil Səfərov Bakıya gətirildi - YENİLƏNİB
31 Avqust 2012 15:55 (UTC+04:00)
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
I. 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt
Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan
Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən
azad edilsin.
II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2012-ci
il.
Macarıstanda həbsdə olan Azərbaycan zabiti
Ramil Səfərov Bakıya gətirilib. Bu barədə "musavat.com" saytı
məlumat yayıb. Faktı Macarıstanda həbsdə olan zabitimizin gətirilmə
prosesində fəallıq göstərmiş və təşkilati işləri həyata keçirmiş iş
adamı İlham Rəhimov "Yeni Müsavat"a təsdiqləyib.