Azərbaycanın xarici işlər naziri həmsədrlərlə görüşmək üçün Fransaya gedib

3 Sentyabr 2012 11:34 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya yola düşüb.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
E. Məmmədyarov bu gün Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşəcək.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində yaranmış vəziyyət müzakirə ediləcək.
Qeyd edək ki, sentyabrın 2-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan xarici içlər naziri Edvard Nalbandyanla görüşüblər.