“Neftçilər” prospekti açıldı

3 Sentyabr 2012 11:48 (UTC+04:00)

Təxminən 2 ay müddətinə nəqliyyatın hərəkəti üçün bağlı olan paytaxtın ən böyük və mərkəzi prospektlərindən olan "Neftçilər" prospekti açılıb. Lent.az-ın məlumatına görə, prospekt boyunca hər iki istiqamətdə nəqliyyatın hərəkətinə icazə verilir.

Prospekt sentyabrın 3-nə keçən gecə açılıb. Hazırda bəzi bitişik küçələrdən "Neftçilər" prospektinə doğru qoyulmuş maneələr götürülür.
Qeyd edək ki, "Neftçilər" prospektində aparılmış təmir işləri zamanı bütün asfalt qatı yenilənib, kommunikasiya xətləri dəyişdirilib, bəzi hissələrdə yol genişləndirilib.