Tacikistanın Azərbaycandakı səfiri vəfat edib

3 Sentyabr 2012 12:32 (UTC+04:00)
Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov uzun sürən xəstəlikdən sonra 64 yaşında vəfat edib.
APA-nın Tacikistanın "Avesta" agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə mərhumun yaxınları xəbər verib.
Xatırladaq ki, Z. Vazirov insult keçirmişdi və Bakıdakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Onun cənazəsi tezliklə Düşənbəyə göndəriləcək. 
Z. Vazirov 1948-ci ildə anadan olub. 2005-2007-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycana səfir göndərilib.