Rihanna Parisi Twitter mesajıyla qarışdırdı

3 Sentyabr 2012 16:54 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur müğənni Rihanna Fransaya qatarla gedəcəyini Twitterdən elan verəndən sonra minlərlə pərəstişkarı qatar stansiyasını "basdı". Sənətçi üçün yaranan qarışıqlığa ən çox fransız polisi reaksiya verib.

Barbadoslu məşhur müğənni Rihanna Fransanın paytaxtı Parisə qatarla gedəcəyini Twitter səhifəsindən elanını verdikdən sonra stansiyada izdiham yaşanıb. Fransız polisi Rihannanı "məsuliyyətsizlik" ittiham edib.

"Le Parisien" qəzeti hadisəni "Parisdə qarışıqlıq" başlığıyla yayıb. Polis məmurları pərəstişkarların 24 yaşlı məşhur müğənninin mesajından sonra stansiyanı doldurduğunu deyib.

Qatardan endikdən sonra kütlənin arasından çətinliklə avtomobilinə minən Rihanna Twitterdəki 25 milyonluk fanat ordusuna belə deyib: "Fransızlar ağılını itirib! Avtomobilimə minə bilmək üçün minlərlə adamla döyüşdüm."