Xaricdəki diplomatik missiyalarımızın mühafizəsi gücləndiriləcək

4 Sentyabr 2012 11:58 (UTC+04:00)

Azərbaycanın xaricdəki diplomatik missiyalarının mühafizəsi gücləndiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin aqressiv çağırışlarını nəzərə alaraq Azərbaycan diplomatik missiyaları onların yerləşdiyi ölkələrin Daxili İşlər nazirliklərinə müraciət edib ki, missiyanın mühafizəsini gücəndirsinlər.