Xəzərdə daha bir zəlzələ

4 Sentyabr 2012 13:38 (UTC+04:00)

Sentyabrın 3-də gecə saat 23.15:10-da Lənkəran şəhərindən 42 km şimali-şərqdə Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ baş verib.

Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, dünən səhər saatlarında da Xəzər dənizində 3 maqnitudalı zəlzələ baş verib.