Oktyabr ayında Pakistan prezidentinin Azərbaycana səfəri planlaşdırılır

4 Sentyabr 2012 18:16 (UTC+04:00)
Oktyabr ayında Pakistan prezidenti Asif Əli Zərdarinin Azərbaycana səfəri planlaşdırılır.Bu barədə APA-ya Pakistanın Azərbaycandakı səfiri İnayətulla Kakar məlumat verib. O, hələlik səfərin dəqiq vaxtının və proqramının müəyyən olunmadığını və səfərə hazırlığın davam etdirildiyini söyləyib. Səfir A. Ə. Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatı dövlət başçılarının oktyabrın ortalarında Bakıda keçiriləcək sammitinə qatılacağını da əlavə edib.