Ermənistan parlamentinin Ramil Səfərovla bağlı növbədənkənar iclası başlayıb

5 Sentyabr 2012 15:32 (UTC+04:00)
Ermənistan parlamentinin Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv olunmasına həsr edilmiş növbədənkənar iclası başlayıb.
APA-nın News.am" saytına istinadən verdiyi məlumata görə, reqlamentə əsasən növbədənkənar iclaslar prezidentin, hökumətin və ya deputatların üçdə birinin təşəbbüsü ilə onların təklif etdiyi məsələnin müzakirəsi üçün parlament sədri tərəfindən çağırılır. Hazırda iclas davam edir.