Türkiyə Fransaya nota verdi
5 Sentyabr 2012 18:19 (UTC+04:00)
Türkiyə uydurma "erməni soyqırımı"
mövzusunun Fransada orta məktəb dərsliklərinə salınmasına etirazını
bildirib. APA-nın məlumatına
görə, Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu bununla bağlı
Fransa Xarici İşlər Nazirliyinə nota təqdim edib. Səfirlik Fransa
Təhsil Nazirliyinə də müvafiq məktub və sənədlər
göndərib.
Nota və məktubda dərs kitablarındakı məlumatların həqiqətə uyğun
olmadığı və saxta sənədlərə əsaslandığı diqqətə çatdırılıb. Notada
Fransadakı türk tələbələrin də bu məsələ ilə əlaqədar qarşılaşdığı
problemlər və narahatlıqlar yer alıb.