13 min dollarlıq almazı udan kimi həbs olundu

5 Sentyabr 2012 18:46 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Şri Lankadakı bir ləl-cəvahirat sərgisində çinli bir adam, 13 min dollar dəyərindəki bir almazı udduğu üçün həbs olundu.

32 yaşlı adamın, ləl-cəvahiratı, ölkənin paytaxtı Kolombodakı sərgi zamanı içində olduğu şüşə şkafdan çıxardıqdan sonra udduğu açıqlandı.

Hadisəyə şahid olan bir polis məmuru, ''Əvvəl yalnız ləl-cəvahiratı araşdırırmış kimi görünürdü, sonra bir anda daşı ağızına atdı'' deyib. Şübhəliyə aparıldığı xəstəxanada qarınağrısı dərmanı verilib. Ləl-cəvahiratın şübhəlinin bədənindən çölə çıxıb-çıxmadığı isə açıqlanmır.

Ləl-cəvahiratın sahibinin, şübhəlini daşı udarkən görüb polisə xəbər verdiyi açıqlandı.

Dünyanın qabaqda gələn qiymətli daş istehsalçılarından Şri Lankada doqquz almaz mədəni var.

Ölkənin mavi sapfirləri də olduqca məşhurdur.