Lent.az-ın "France-Presse" agentliyinə
istinadən verdiyi məlumata görə, Abdull əl-Senussinin
ekstradisiyasının Liviya xarici işlər naziri Andan Mansur
Abdullanın sentyabrın 3-də Mavritaniyaya səfərindən sonraya təsadüf
etməsi də diqqət çəkir.
Qeyd edək ki, Abdull əl-Senussi yarım il öncə, bu ilin martında
Mavritaniyanın paytaxtı Nuakşotda saxta sənədlə yaxalanıb. Həmin
vaxt Liviyanın yeni hökumətinin müraciətinə baxmayaraq, Mavritaniya
hökuməti öncə bu müraciətə cavab verməyib. Daha sonra isə Abdull
əl-Senussinin saxta sənədlə Mavritaniyaya daxil olduğu üçün yerli
məhkəmə qarşısına çıxarılacağını bəyan edib. Abdull əl-Senussinin
sonradan bu ölkədə məhkəmə qarşısına çıxarılıb-çıxarılmadığı
bilinmir.