Cənubi Qafqaza terroru ermənilər gətiriblər

6 Sentyabr 2012 08:21 (UTC+04:00)



"Cənubi Qafqaza terroru ermənilər gətiriblər və bu metod onlar
ın fəaliyyətində yeni deyil". Bu fikri SalamNews-a deputat, professor Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər heç zaman Cənubi Qafqazda amansız terror aktları törədilməyib. ASALA-nin yeni terror aktları törədəcəyi ilə bağlı verdiyi bəyanat isə əvvəlki terror aktlarının davamı kimi qiymətləndirmək lazımdır. O deyib: "Keçən əsrin 60-70-ci illərində beynəlxalq gərginliyin zəiflədilməsi prosesi baş verdikdə erməni terror təşkiltları, o cümləıdən ASALA ABŞ-da, Fransada, Almaniyada və dünyanın müxtəlif ölkələrində terk diplomatlarına qarşı terror aktları həyata keçirdilər. Erməni terrorunun qurbanı olan türk diplomatlarının məzarlığı elə bu gün Ankarada saxlanılır, hətta Vyanada BMT-nın ofsinin dəhlizində erməni terrorunun qurbanı olan türk diplomatının xatirə lövhəsi asılıb".

Milli Məclisin deputatı vurğulayıb ki, bu bəyanat terrorun Ermənistanda dövlət siyasəti səviyyəsində olduğunun bariz nümunəsidir".