Partlayış nəticəsində 25 əsgər həlak olub
6 Sentyabr 2012 12:17 (UTC+04:00)
Türkiyə Silahlı Qüvvələrinin
ölkənin Afyonkarahisar vilayəti ərazisindəki cəbbəxanasında
partlayış baş verib.
APA-nın xəbərinə görə, Türkiyə
Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 5-də yerli vaxtla
saat 21.15-də baş verən partlayış nəticəsində 25 əsgərin həlak
olduğunu açıqlayıb.
Dəqiq səbəbi bəlli olmasa da, partlayışın cəbbəxanadakı əl
qumbaralarının sayılması zamanı baş verdiyi bildirilir.
Afyonkarahisar bələdiyyə başçısı Burhanəddin Çoban terror
versiyasını istisna edib: "Cəbbəxanada 5 gündür hərbi sursatın
sayılması proseduru həyata keçirilirdi. Bu gün proses
yekunlaşacaqdı. Bu bölgə çox ciddi mühafizə olunur. Terror olması
mümkün deyil".