Bill Klintondan Obamaya dəstək

6 Sentyabr 2012 17:52 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının keçmişprezidenti Bill Klinton, özüylə eyni partiyadan seçilən prezident Barak Obamaya dəstək olmaq üçün Demokrat Partiya Milli Qurultayının təşkil edildiyi Çarlottedə olub. Klinton, noyabr ayında keçiriləcək seçkilərin ikinci dövründə prezidentliyə namizəd olan Barak Obama ilə qucaqlaşmasının ardından kürsüyə çıxaraq, Obama rəhbərliyinin ən çox tənqid olunduğu iqtisadiyyatla bağlı bu qiymətləndirməni verib: "Prezident Obama, çox dərin ziyan çəkmiş bir iqtisadiyyatı miras götürdü, işə ən başından başlayıb uzun və çətinliklərlələ dolubir yola çıxdı. Müasir və daha balanslı bir iqtisadiyyatın təməllərini atdı. İndi olmağı istədiyimiz yerdəyikmi? Xeyr. Prezident mövcud vəziyyətdən razıdırmı? Təbii ki xeyr, lakin rəhbərliyi aldığımız vaxtdan daha yaxşı bir vəziyyətdə deyilikmi?"