"Riçard Morninqstar Azərbaycan xalqına hörmət əlaməti olaraq Heydər Əliyevin abidəsi önünə gül qoyub və baş əyib"

6 Sentyabr 2012 18:59 (UTC+04:00)
"Səfir Riçard Morninqstar Azərbaycan xalqına hörmət əlaməti olaraq Heydər Əliyevin abidəsi önünə gül qoyub və baş əyib".
Bu sözləri APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart deyib. O bildirib ki, bu jest prezident İlham Əliyevə etimadnaməsini təqdim edən bütün səfirlər, o cümlədən bundan əvvəlki ABŞ səfirləri üçün rəsmi protokolun bir hissəsidir. 
Xatırladaq ki, səfir R. Morninqstarın Heydər Əliyevin abidəsi qarşısında baş əyməsini əks etdirən fotoşəkil Azərbaycanın və ABŞ-ın bəzi mətbuat orqanlarında mənfi reaksiyaya səbəb olub.