Pan Gi Mun Dağlıq Qarabağ sülh prosesinin davam edəcəyinə ümid edir
7 Sentyabr 2012 11:24 (UTC+04:00)
BMT baş katibi Pan Gi Mun
azərbaycanlı zabit Ramil Səfrəovun əfvi ilə bağlı hadisələrin
inkişafından təəssüfləndiyini bildirir və bunun Dağlıq Qarabağda
sülh nizamlanması prosesinə mane olmayacağına ümid
edir. APA-nın məlumatına
görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki
məlumat verib.
"Biz ümid edirik ki, bu məsələ Dağlıq Qarabağ sülh prosesinə və
tərəflər arasındakı inama mane olmayacaq. Dağlıq Qarabağ
münaqişəsinin sülhlə nizamlanmasının alternativi yoxdur. BMT
cinayət işlərində cəzasızlıqla mübarizə və məsuliyyətə cəlb olunma
üçün təşkilata daxil olan ölkələrin beynəlxalq standartlara və
qanunun tələbləri prinsiplərinə riayət etmək məsuliyyəti
daşıdıqlarını vurğulayır", deyə Nesirki keçirdiyi brifinqdə
bildirib.