Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini vəzifəsindən uzaqlaşdırıb
7 Sentyabr 2012 12:10 (UTC+04:00)
Ermənistan prezidenti Serj Sarkisyan Silahlı Qüvvələrin Baş
Qərargah rəisinin müavini, general-leytenant Arşalyus Paytyanı
vəzifəsindən uzaqlaşdırıb.APA-nın
"news.am" saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan
sentyabrın 6-da bu barədə fərman imzalayıb. Generalın hansı
səbəbdən işdən çıxarıldığı açıqlanmayıb.