Bu günə gözlənilən hava şəraiti
7 Sentyabr 2012 12:35 (UTC+04:00)
Movqe.Az xəbər verir
ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və
Abşeron yarımadasında sentyabrın 07-də hava şəraitinin
dəyişkən buludlu, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz
keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində
qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi
əsəcək, səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın
temperaturu gecə 17-21, gündüz 26-29 dərəcə isti olacağı
gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan,
Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti
olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 07-də hava
şəraitinin əsasən gecə və səhər şərq rayonlarında şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı, gün ərzində yağmursuz keçəcəyi
gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14,
gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozlara görə isə sentyabrın 07-də Abşeron
yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən
gilavar küləyi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa
da, 08-09-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən
əlverişlidir.