On doqquz ölkənin ATƏT-də daimi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək

7 Sentyabr 2012 14:37 (UTC+04:00)
ATƏT-ə üzv dövlətlərdən 19-nun qurumda daimi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək.
ATƏT-in Bakıdakı ofisindənAPA-ya verilən məlumata görə, səfirlərin Azərbaycana səfəri sentyabrın 10-11-nə planlaşdırılır. Daimi nümayəndələr hökumət üzvləri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcək. Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.