Cəlilabadda sahibkarlar üçün treninqlər keçirilib
7 Sentyabr 2012 20:19 (UTC+04:00)
Azərbaycan İqtisadi İnkişaf
Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran
nümayəndəliyinin təşkilatçılığı Cəlilabad rayonunda sahibkarlar
üçün "Biznes-planların və investisiya layihələrinin hazırlanması"
və "Ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri"
mövzularında treninqlər keçirilib.
Nazirlikdən "APA-ECONOMICS"ə
verilən məlumata görə, tədbirdə biznes ideyanın formalaşması,
biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və
SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul
istehsalının, satışının və reklamın təşkili və s. barədə
iştirakçılara geniş məlumat verilib.
Treninqdə həmçinin, "2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün
inkişafına dair Dövlət Proqramı", ekoloji təmiz kənd təsərrüfatının
ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsullarını
istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı
məlumat verilib, "Ekoloji təmiz üzüm istehsalının təşkili və
inkişafı məsələləri" mövzusunda təqdimat keçirilib.