Azərbaycanda QİÇS-ə yoluxan məhkum həbsxanada ölüb

8 Sentyabr 2012 18:31 (UTC+04:00)
Azərbaycanda həbsxanada ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada cəza çəkən, 1975-ci il təvəllüdlü Müşfiq Novruz oğlu Adıgözəlov xəstəlikdən dünyasını dəyişib. Onun ölümünün səbəblərini dəqiqləşdirmək üçün ekspertiza təyin olunub. 

APA-ın əldə etdiyi məlumata görə, məhkum immun çatışmazlığı sindromu (SPİD) xəstəliyindən əziyyət çəkirmiş. Onun ölümünə də bu xəstəlik səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.