Neft ucuzlaşıb

1 İyun 2015 10:35 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,50 dollar azalaraq 59,80 dollar təşkil edib.

Movqe.az-ın "APA-Economics"-ə istinadən məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,39 dollar azalaraq 65,17 dollar olub.