Cəbhə xəttində gərginlik
1 İyun 2015 11:07 (UTC+04:00)
Erməni silahlı bölmələri atəşkəsi 82 dəfə pozub.
Movqe.az-ın Müdafiə Nazirliyinin
mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı
bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs
rejimini ümumilikdə 82 dəfə pozub.
Ermənistanın İcevan rayonunun Berkaber kəndində
yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz atəşə tutulub. Bundan başqa, Ermənistanın işğalı altında olan Tərtər
rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Şirvanlı,
Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı
Qüvvələrimizin mövqeləri atəşə məruz
qalıb. Düşmən cavab atəşi ilə
susdurulub.