“Ürəyimi Azərbaycanda qoyub gedirəm”

9 Sentyabr 2012 13:47 (UTC+04:00)
"Ürəyimi Azərbaycanda qoyub gedirəm". APA-nın cənub bürosunun məlumatına görə, bunu Lənkəranda Türkiyə Respublikasının Fəxri Konsulluğunun açılış mərasimində iştirak edən bu ölkənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərlə söhbətində deyib.
Gələn həftə diplomatik missiyasını başa vuraraq Türkiyəyə qayıdacağını deyən Hulusi Kılıç Azərbaycanı da özünə Vətən bildiyini, iki qardaş ölkə arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi üçün əlindən gələni əsirgəmədiyini vurğulayıb: "Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir. Diplomatik həyatımın, özəl həyatımın müəyyən hissəsi burada sizlərin arasında keçib. Azərbaycana olan məhəbbəti ürəyimdə daşıyıb aparmaqla, daim onu hifz etməyə çalışacağam".