İsmayıllı sakini özünü asıb

1 İyun 2015 12:00 (UTC+04:00)

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Movqe.az-ın APA-ya istinadən  xəbərinə görə, hadisə İsmayıllı şəhərində qeydə alınıb. Şəhər sakini, 1965-ci il təvəllüdlü Mirzəliyev Telman Rəşid oğlu yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İki övlad atası olan Telman Mirzəliyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. O, İsmayıllı Yol İstismar İdarəsində fəhlə işləyib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.