Əsrin təcrübəsində rekord qırıldı

1 İyun 2015 19:20 (UTC+04:00)

Böyük Hadron Collider (Large Hadron Collider - LHC) iki illik baxım və yeniləmənin ardından təkrar işə hazırlanır və iyun ayındakı tam performans iş əvvəlindəki test sınaqlarında, indidən rekord qırmağı bacarıb.

Movqe.az xəbər verir ki, CERN-şərhlərinə görə ötən günlərdə həyata keçirilən müvəffəqiyyətli bir test əsnasında, protonlar 13 trilyon elektron volt enerji ilə vuruşmağa girib.

CERN-şərhlərində, bu məbləğ Vuruşdurucunun daha əvvəl təqdim etdiyi enerjinin az qala iki qatı olduğu ifadə edilib.

LHC-də CMS olaraq adlandırılan təcrübəsi reallaşdıran Greg Rakness, bu enerjini "çox görünmür amma əgər ətrafınızda uçan bir ağcaqanad varsa, bu ağcaqanadın havada dayanmasını təmin edən enerji miqdarı, bu vuruşmalardan birinin enerjisi ilə yaxın səviyyədədir" cümləsi ilə açıqlayıb.

hesabatlarda yazılanlara görə, bu tip test toqquşmaları, "collimators" olaraq adlandırılan sistemlərin ayarlana bilmələri üçün reallaşdırılmaqda və azmış olan hissəciklərin, maqnetiklərin və detektorların qoruna bilməsini təmin edib.