Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.
Məmmədyarov iki ölkə arasında mövcud münasibətlərdən məmnunluq
ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, regiondakı vəziyyət,
enerji, təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında
fikir mübadiləsi aparılıb.
ABŞ konqresmeni terrorizmlə aparılan mübarizəyə, xüsusən də
Əfqanıstanda aparılan sülhməramlı missiyaya verdiyi dəstəyə görə
Azərbaycan dövlətinə minnətdarlıq bildirib.
Öz növbəsində, E. Məmmədyarov da ölkəmizin terrorizmlə mübarizəyə
verdiyi töhfə haqda danışıb, qonaqlara Ermənistan-Azərbaycan
münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan
danışıqların hazırkı vəziyyəti haqda ətraflı məlumat
verib.
Nazir qeyd edib ki, regionda təhlükəsizliyin təmin olunaraq davamlı
qalması üçün Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş
ərazilərdən çıxarılması olduqca vacibdir. "Torpaqların işğaldan
azad olunması regionla yanaşı, beynəlxalq təhlükəsizlik üçün də
önəmlidir", - deyə E. Məmmədyarov vurğuayıb.