Azərbaycan manatının avroya nisbətdə möhkəmlənməsi davam edir

2 İyun 2015 11:05 (UTC+04:00)

Movqe.az-ın "APA-Economics"-ə istinadən məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 2-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0496 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0023 manat və ya 0,2% ucuzlaşaraq 1,1470 manat olub.