“İqtisadçı” missionerlərin növbəti təxribat cəhdi – Fikrət Yusifovun həyəcan təbili

2 İyun 2015 13:50 (UTC+04:00)

"İqtisadi mövzuda araşdırmalar konkret rəqəmlərə, faktlara söykənərək aparılmalıdır. Zəruri hallarda isə məsələyə tam aydınlıq gəlməsi və bu yolla da cəmiyyətə daha səhih informasiyalar çatdırmaq xatirinə bu rəqəmləri ilkin mənbəələrdə dəqiqləşdirib sonra qoyulan məsələ ətrafında konkret fikir söyləmək   və hansısa qənaətə gəlmək olar. Çox təəssüf  ki, bizdə əksər hallarda belə olmur. Biz dəfələrlə bu məslə ilə bağlı mətbuatda çıxış edib, "iqtisadi araşdırma" kimi təqdim olunan, əslində isə bilavasitə cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi dayışan  məqalələrin müəllifilərini məsuliyyətli olmağa, cinayət xarakterli fəaliyyətdən uzaq durmağa çağırmışıq. Lakin təəssüf ki, bundan hər kəs lazımı nəticə çıxarmayıb. Görünən budur ki, bu adamların tamahı ucuz populizmə elə köklənib ki, ondan qopmağı özlərinin sonu kimi qəbul edirlər".

Bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Biriliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov ölkənin real iqtisadi vəziyyətini əks etdirməyən "təhlillər"in son zamanlar artması, bəzi müəlliflərin rəqəmləri təhrif edərək cəmiyyətə doğru olmayan informasiyalar ötürməsi və ajiotaj yarada biləcək çağrışlar etməsi kimi faktları şərh edərkən deyib.

F.Yusifov qeyd edib ki, bəlli olmayan kriteriyalarla özlərinə iqtisadçı – ekspert "statusu" vermiş bu adamların  konkret  faktlara, rəqəmlərə söykənməyən və ya mövcud rəqəmləri, faktları kəskin şəkildə təhrif edən əsassız araşdırmaları iqtisadçı adına utanc gətirmkdən başqa bir effekt verə bilməz: "Yazılara gürultulu, diqqətçəkən başlıqlar qoyurlar. Amma içinə baxırsan ki, boşdur, söz yığınıdır, nəinki itisadiyyata heç toxunduqları mövzuya belə yaxınlığı yoxdur. Bu adamlar bütün mənbələrdə dəqiqiliklə göstərilmiş məlumatları belə görməzdən gəlib, elə informasiyalar yayırlar ki, haradan və kimdən aldıqları bilinmir, mənbə göstərilmir, istinaq nöqtəsi olmur.  Biz həmin o "araşdırma", "təhlil" müəlliflərinin adını etika xatirinə hələlik çəkmək itəmirik. Hesab edirik ki, onlar irad və tənqidlərimizdə özlərini görür, söhbətin kimdən getdiyini müəyyənləşdirməkdə çətinlik çəkmirlər. Bəzi hallarda isə biz müəllifi göstərilməyən "təhlillərə" də ras gəlirik. Məsələn iyinin 1-də "Azadlıq" qəzetində "Manat yenidən kəskin şəkildə ucuzlaşacaq" sərlövhəli müəllifi göstərilməyən  yazı dərc olunub. Yazıdakı sonuncu abzasa diqqət edin: "Mütəxxəsislərin sözlərinə görə, 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32 faiz artıb. Bu da təxminən 7 milyard manata yaxın edir. "Kredit qalmaqalı"na görə həbslər başlayanda da oliqarxların 7 milyard manat vəsaiti mənimsədikləri barədə məlumat yayılmışdı. Hakimiyyət növbəti devalvasiyaya qədər toplamaq və bununla zərərin qarşısını almaq istəyir". Bunu yazan kimdirsə, onun nəinki itisadiyyatdan, bank sistemindən, kredit siyasətindən xəbəri yoxdur, o ümumiyyətlə savadsız və məsuliyyətdən uzaq adamdır. Baxın, burada qeyd olunur ki, 2014-cü ilin mart ayı ilə müqaisədə verilmiş kreditlərin sayı 32% artıb, bu da 7 milyard manata yaxın edir...  Soruşuruq: Verilən kreditlərin sayinın onların məbləğinə nə aidiyyatı ola bilər? Gzli müəllif bunu hansı biliyə, hansı savada söykənərək yazıb? Sayı 32% artmış kreditlərə verilən məbləğ 100 milyon manat da ola bilər 10 milyard manat da. Ümumiyyətlə, burada  istənilən rəqəm ola bilər. Bu qədər səhlənkarlıq olarmı? Yazıdakı başqa bir yalan:  "Keçən ilin mart ayında verilən kreditlərin həcmi 15889,5 milyon manat olub, cari ilin mart ayında bu rəqəm 4742,5 milyon manat artaraq 20632,3 milyon manat təşkil edib". Gizli müəllif bu artımı nə az nə çox, düz 2,26 milyard manat şişirdərək 7 milyard manat göstərir. Bir sözlə, bu təxribat xarakterli yazıda əsas məqsəd kredit qalmaqalında guya 7 milyardlıq vəsaitin mənimsənildiyi barədə yalan informasiyanı cəmiyyətə təqdim etmək və növbəti "devalvasiyanın anonsunu" verməkdən ibarətdir...  Bu isə birmənalı şəkildə təxribatdır, cəmiyyəti qorxuya salmaq və yenidən insanlar arasında ajiotaj yaratmaq cəhdidir". 

F.Yusifovun sözlərinə görə,  son vaxtlar bəzi yazarlar heç bir iqtisadi və maliyyə əsası olmadan ölkədə manatın ikinci devalvasiyasını "yetişdirməklə" məşğuldurlar.  Bu ilin fevral ayında baş vermiş kəskin devalvasiyanın da yetişdirilməsində bu yazarların yersiz, əsassız çağrışlarının böyük rol oynadığını deyən BİAB sədri, eyni adamların hazırda da analoji qaydada fəaliyyət göstərdiyini, faktlarla, dəqiq rəqəmlərlə müşayət olunmayan "təhlillər" vasitəsilə insanları çaşqınlıq içinə salmağa çalışdıqlarını bildirib: "Özünü iqtisadçı hesab edən bu adamlar uzun illərdir eyni xətti davam etdirir, dövlətin iqtisadi siyasətinin verdiyi müsbət nəticələri qaralamaqla məşğuldurlar. Başqlarını obyektiv olmamaqda qınayanlar, bu illər ərzində bir müsbət faktı belə dillərinə gətirməyiblərsə, hansı obyektivlikdən, hansı ədalətdən danışırlar?  İlin ortalarına doğru neftin qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini, bir ABŞ dollarının 5 manat olacağını yazırdılar. Bəs əslində nə baş verdi? İlin əvvəlində demirdikmi ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinin iqtisadi əsasları yoxdur və bu proses sırf siyasi xarakterlidir. Artıq xeyli müddətdir ki, neftin qiymətlərinin eyni səviyyədə qalması bizim fikirlərimizin əsaslı olduğunu göstərir.   Bu adamlara izah etmirdikmi ki, vəziyyəti, proseslərin inkişaf istiqamətini düzügün qiymətləndirmirlər? Əlbəttə edirdik. Lakin Azəbaycanda elə "itisadçı-ekspertlər" var ki, onlara bu kimi izahlar təsir göstərmir. Bu adamlar məsuliyyət hissini tamamilə itiriblər. Ölkənin iqtisadi göstəricilərinə qətiyyən aidiyyatı olmayan rəqəmlər uydurur, heç bir əsası olmayan informasiyalar, çağırışlarla panika yaratmaq, fevral ayında olduğu kimi, cəmiyyəti narahatlıq burulğanına salmağa çalışırlar. Onlar  real rəqmlərlə işləməyi artq unudublar. Belə olamasaydı fərqində olardılar ki, keçən ilin müvafiq dövrü ilə müqaisədə cari ilin 4 ayı ərzində Azərbaycanda Ümumi Daxili Məhsulun artımı 5,5%,  o cümlədən qeyri neft ÜDM 6,8%, qeyri neft sənayesi 10,5%, xarici ticarət dövriyyəsi 12,6%, o cümlədən qeyri neft sektoru üzrə ixracın həcmi 38,9%  artıb. Deməli, bütün sahələrdə, xüsusilə də qeyri-neft sektorunda çox ciddi artımlar baş verib. Bunu görmək, real rəqəmləri toplamaq bu qədərmi çətindir? Azərbaycanın gözlə görünən inkişafından bircə kəlmə də danışmayıb ancaq yalan üzərində qurulan yazılara müəlliflik etmək, xalqa və dövlətə qarşı qərəzli münasibətin bariz nümunəsidir. Artıq heç kəsdə şübhə yoxdur ki, bu adamların rəqəmlərin təhrifinə yönəlmiş fəaliyyəti təxribat xarakterlidir və yeganə məqsəd xarici dairələrdən aldıqları sifarişləri yerinə yetirməkdir.

F.Yusifovun fikrincə, belə təxribat xarakterli çağırışların qarşısının alınması üçün ictimai nəzarət güclənməli, iqtisadi missionerliklə məşğul olan "ekspertlərin" fəaliyyətinə lazımı qiymət verilməlidir: "Respublika Günü münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin ictimai nəzarət barədə dediklərini  xatırlatmaq istərdim: "İctimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz". Hesab edirik ki, Prezidentin də xüsusi önəm verdiyi bu məsələ vətəndaş cəmiyyəti təmsilçilərinin fəaliyyətinin bir hissəsinə çevrilməlidir. Milli valyutanın məzənnəsi ilə bağlı mətbuatda getdikcə daha çox yer alan əsassız çağrışların ölkəmizin iqtisadiyyatı və onun maliyyə dayaqları üçün nə qədər böyük  təhlükə ola biləcəyini nəzərə alıb, bunun qarşısının vaxtında alınması üçün zəruri olan bütün addımları atmalıyıq. "İqtisadçı-ekspertlərin" təxribat xarakterli fəaliyyəti hüquq-mühafizə orqanlarının da diqqətindən kənarda qalmamalıdır. Bünün zəruri tədbirlər görülməlidir ki, manatın məzənnəsi və ölkə iqtisadiyyatının real vəziyyətinin təhrifinə yönəlmiş "təhlillər"ə müəlliflik edənlər xarici dairələrdən aldıqları sifarişlərin yerinə yetirilməsinin o qədər də asan omayacağının fərqinə varsınlar".