Birinci Avropa Oyunları ilə əlaqədar "Azərsu" ASC-də hazırlıq işləri yüksək səviyyədə təşkil olunub

2 İyun 2015 18:00 (UTC+04:00)

 "Azər­su" Açıq Səhmdar Cəmiyyəti  "Ba­kı – 2015" Bi­rin­ci Av­ro­pa Oyun­la­rının yüksək səviyyədə təşkili ilə əlaqədar gücləndirilmiş rejimdə işləyir. Movqe.az-a qurumdan verilən xəbərə görə, Cəmiyyətin ida­rə apa­ra­tın­da, həmçinin ra­yon su­ka­nal ida­rə­lə­rin­də qərar­gah­lar ya­ra­dı­lıb və məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Yaranacaq problemlərin və baş ve­rə bi­lə­cək qə­za­la­rın ope­ra­tiv həlli məqsəd­ilə 3 ix­ti­sas­laş­mış qə­za bri­qa­dası yaradılıb, onlar xü­su­si tex­ni­ka, ma­şın və me­xa­nizm, la­zı­mi mal-ma­te­rial və ava­dan­lıq­lar­la tə­min olun­ub. İxtisaslaşmış briqadaların qə­za yer­lə­ri­nə da­ha tez çat­ma­sı üçün şə­hə­rin müx­tə­lif is­ti­qa­mət­lə­rin­də  - Nizami, Nərimanov və Səbail rayonlarının ərazisində dis­lo­ka­si­ya mən­tə­qə­lə­ri ya­ra­dılıb. Bunlarla yanaşı, hər bir rayon Sukanal idarəsinin su və kanalizasiya üzrə qəza briqadaları da 24 saat fəaliyyət göstərir. Birinci Avropa oyunlarına hazırlıqla əlaqədar qəza briqadalarının əməkdaşlarına nəzəri və praktiki təlimlər keçirilib.

Oyunlara hazırlıq çərçivəsində Ba­kı şə­hə­ri­ni iç­mə­li su ilə tə­min edən mən­bə­lər, ma­gist­ral xət­lər, mərkə­zi və mə­həl­lə­da­xi­li an­bar­lar, su və kanaliza­si­ya na­sos stan­siyala­rı­nın və­ziy­yə­ti təh­lil edil­miş, aş­kar olun­muş çatışmazlıqlar dər­hal ara­dan qal­dı­rıl­mış və bu istiqamətdə iş­lər da­vam     etdi­ri­lir. Ey­ni za­man­da Ba­kı və Min­gə­çe­vir şə­hər­lə­rin­də­ mehman­xa­na­la­rın, ya­rış­la­rın ke­çi­ri­lə­cə­yi id­man ob­yekt­lə­ri­nin, olim­pi­ya kən­di­nin, ictimai-iaşə və tu­rizm ob­yekt­lə­ri­ni­n su təchiza­tı və ka­na­li­za­si­ya sis­tem­lə­ri­nə aidiy­ya­tı qu­rum­lar­la bir­lik­də ba­xış ke­çi­ril­miş, bu ob­yekt­lərin da­ya­nıq­lı içməli su  təc­hi­za­tı­nın apa­rıl­ma­sı üçün mü­va­fiq töv­siy­ə­lər veril­mişdir."Azərsu" ASC-nin Mərkəzi Laboratoriyasının əməkdaşları idman, ictimai iaşə  obyektləri, mehmanxanalar və müəyyən olunmuş digər yerlərdən mütəmadi nümunələr götürərək analizlər aparır, bununla da içməli suyun keyfiyyəti daim nəzarətdə saxlanılır. 

       Qeyd edək ki, böyük idman tədbiri ərəfəsində Bakı şəhərini, o cümlədən idman arenalarını, otelləri, Olimpiya kəndini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün xeyli iş görülüb. Belə ki, Bakı şəhərində Olim­pi­ya Sta­dionu­nun  ti­kin­ti­si, yol inf­rast­ruk­tu­ru­nun ye­ni­dən qurulma­sı, Bö­yük­şor gö­lü­nün tə­miz­lən­mə­si la­yi­hə­lə­ri­nin ic­ra­sı ilə əla­qə­dar əra­zi­dən ke­çən ma­gist­ral su xət­lə­ri­ və ka­na­li­za­si­ya kol­lek­tor­la­rı­ yenidən qurulub, yeni xətlər və şə­bə­kə­lər tikilib. İd­man­çı­la­rın, məşq­çi kor­pu­su­nun, ha­kim­lə­rin və di­gər tex­ni­ki perso­na­lın yer­lə­şə­cə­yi Olim­pi­ya kən­di­ ərazisində ye­ni su və ka­na­li­za­si­ya sistemləri ya­ra­dıl­ıb­, Sə­bail ra­yo­nu ərazisin­də ye­ni ti­kil­miş Su İd­man Oyun­la­rı Sa­ra­yı­nın  yaxınlığındakı      "Şi­mal" na­sos stan­si­ya­sı ləğv edil­ib və su­yun pay­lan­ma­sı üçün baş­qa ərazidə ye­ni stan­si­ya in­şa olun­ub. Ey­ni za­man­da Sal­yan şos­se­sin­də  ye­ni mərkəzləş­di­ril­miş na­sos stan­si­ya­sı ti­ki­lib is­tis­ma­ra ve­rilib.


     Bö­yük­şor gö­lü­nə axı­dı­lan tul­lan­tı su­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı və optimal ida­rə edil­mə­si məq­sə­di­lə 2000 mm diametr­li bo­ru­lar­la 1,5 km uzun­lu­ğun­da ye­ni ka­na­li­za­si­ya kol­lek­to­ru in­şa edilib, bu­nun­la da tul­lan­tı sula­rı­nın gö­lə axı­dıl­ma­sı­nın qar­şı­sı tam alın­ıb. Ey­ni za­man­da Dər­nə­gül-Bakıxanov-Qara­çu­xur ka­na­li­za­si­ya kol­lek­to­ru­nun bu əra­zi­dən ke­çən hissəsi­nin in­şa­sı ba­şa çat­dı­rılıb.


Bakı bux­tasına axı­dı­lan çir­kab su­la­rın qar­şı­sı­nın tam alın­ma­sı üçün 13,2 km uzunlu­ğun­da Ba­yıl-Bi­bi­hey­bət-Lök­ba­tan ka­na­li­za­si­ya kollektorunun inşa­sı yekunlaşıb. 8 km-i mik­ro­tu­nel, 1,1 km-lik his­sə­si isə tu­nel tip­li kollek­tordan iba­rət­ olan bu xəttin ti­kin­ti­si ilə ya­na­şı, Su İd­man Oyun­la­rı Sa­ra­yı­nın yerləş­di­yi əra­zi­dən açıq ka­nal­lar­la Xə­zər də­ni­zi­nə axıdı­lan suların qar­şı­sı­nın alın­ma­sı məq­sə­di­lə ka­na­li­za­si­ya sis­te­minin qu­rulması başa çatdırılıb. Ümu­mi­lik­də, Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­na ha­zır­lıq işlə­ri çərçi­və­sin­də Ba­kı şəhərində 119 km uzun­lu­ğun­da müx­tə­lif diametr­li ma­gist­ral və şə­bə­kə su xət­ti,  29 km ka­na­li­za­si­ya kol­lek­to­ru və şə­bə­kə­si inşa edil­ib.

Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­nın  ha­zır­lıq pla­nı­na uy­ğun ola­raq Min­gə­çe­vir şə­hə­rin­də 3 ədəd ka­na­li­za­si­ya na­sos stan­si­ya­sı tikil­ib ki, bu da Kür çayına axıdılan tullantı sularının qarşısını almağa imkan verib. Eyni zamanda şəhə­rin əsas kü­çə və pros­pekt­lə­rin­də tikin­ti iş­lə­ri qı­sa müd­dət­də yekunlaşıb, 41 km ye­ni su xət­ti, 30 km ka­na­li­za­si­ya xət­ti quraşdırılıb.

Xa­tır­la­daq ki, Bi­rin­ci Av­ro­pa Oyun­la­rı­na yük­sək sə­viy­yə­də ha­zır­lıq məq­sə­di­lə "Azər­su" ASC səd­ri­nin 12 no­yabr 2014-cü il ta­rix­li əm­ri ilə komis­si­ya və daimi fəaliy­yət gös­tə­rən qə­rar­gah ya­ra­dıl­ıb, Təd­bir­lər Pla­nı təs­diq edil­ib.