Millət vəkilindən Rəqsanənin veriliş aparmasına etiraz

2 İyun 2015 18:35 (UTC+04:00)

Movqe.az-ın Modern-az-a istinadən verdiyi məlumata görə, məsələyə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov da etiraz edib. Deputat qeyd edib ki, müğənnilərin sosial, ictimai, mədəni-mənəvi xarakterli verilişlərə aparıcılıq etmələrini heç vaxt yaxşı qiymətləndirməyib: "Bizim müğənnilərdə həmin tip verilişləri aparmaq qabiliyyəti yoxdur. Çünki lazımi məktəb keçib gəlmirlər, ictimai-siyasi proseslərdən xəbərləri olmur, cəmiyyət həyatının problemlərindən üzdən xəbərləri olur. İntellektləri çox zəifdir. Ona görə onların sosial, ictimia xarkterli, mədəni-mənəvi veriliş aparmaları uğurlu olmur".

N.Cəfərov bu cür addımla televiziyaların özlərinin peşəkarlığının, səviyyəsinin müəyyənləşdiyini vurğulayıb. "Qeyd edilir ki, Azərbaycan cəmiyyəti yüngül verilişlərə baxır. Azərbaycan tamaşaçısının böyük zövqü və tələbləri var. Hər hansı telekanalda müğənni-aparıcının verilişinin keyfiyyəti barədə təsəvvürlər kifayət qədərdir. Ümumiyyətlə, televiziyalarımız müstəqildir və proqram siyasətini özləri müəyyənləşdirir. Bir prinsip var ki, veriliş səviyyəli və keyfiyyətli olsun".