AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi təyin edilib

2 İyun 2015 20:00 (UTC+04:00)

AZAL-ın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, o, iyunun 2-dən vəzifəsinin icrasına başlayıb.

P. Kəsəmənskinin Azərbaycan mətbuatında böyük iş təcrübəsi var. O bu vəzifəyə təyin edilməzdən əvvəl Trend İnformasiya Agentliyinin baş direktorunun müavini vəzifəsində çalışıb.