İnsanı kədərləndirən gerçək bir eşq hekayəsi: Marina Abramoviç və Ulay - VİDEO

3 İyun 2015 10:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, 70-ci illərdə böyük eşq yaşayan, birlikdə işlər çıxaran iki performans sənətçisi, Marina Abramoviç və Ulay, 1989-cu ildə əlaqələrini ruhi bir səfərlə bitirməyə qərar veriblər. Çin Səddinin iki ayrı ucundan getməyə başlayıb ortada görüşürlər, bir-birlərini son dəfə qucaqlayıb bir daha görüşməmək üzrə ayrılıblar.

2010-cu ildə Marina Abramoviç, Momada bir retrospektiv sərgi açıb. Sərginin hissələrindən birində Abramoviçin bir kürsüdə oturarkən, masanın digər tərəfindəki kürsüdə də tanımadığı şəxslər 1 dəqiqə ərzində oturub, danışmanın olmadığı, səssizliyin paylaşıldığı bir oturma olub bu.

Ancaq birdən Abramoviçin heç gözləmədiyi bir şey olub və qarşısındakı kürsüyə Ulay gəlib oturub.