Nazir evində ölü tapıldı
10 Sentyabr 2012 18:49 (UTC+04:00)
Yaponiyanın maliyyə və post xidməti
islahatları naziri Tadaxiro Matsusita bu gün evində ölmüş
vəziyyətdə tapılıb. Lent.az-ın
İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Tokio polisi
hazırda nazirin ölümünün səbəbinin məlum olmadığını, ancaq onun
özünü öldürdüyü şübhəsinin olduğunu açıqlayıb.
Qeyd edək ki, 73
yaşlı Tadaxiro Matsusita Yeni Xalq Partiyasının üzvü olub, müxtəlif
dövrlərdə nazir postu tutub. O, sosial sığorta, vergi, kosmos
tədqiqatları, elmi-texniki siyasət nazirləri olub. Hazırda Tadaxiro
Matsusitanun ölüm səbəbi araşdırılır.