"Xanım düşünməlidir ki, bu cür geyinsəm görəsən nə deyər?" - İzzət

3 İyun 2015 21:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bu sözləri qadın-kişi münasibətlərindən danışarkən müğənni İzzət Bağırzadə deyib: "Qadın kişinin üzünə baxanda çəkinməlidir. Xanım kişinin addım səslərini eşidəndə özünü yığışdırmalıdır ki, mənim ərim, sevgilim gəlir. Özünü tək kişinin yanında ağıllı aparmamalıdır. Kənarda da yoldaşını düşünüb, addım atmalıdır. Xanım düşünməlidir ki, ərimdən icazəsiz heç yerə getməyim, bu cür geyinsəm görəsən nə deyər? Kişi nəyəsə "yox" deyəndə, xanım sözü çevirməməlidir. Mən ailədə kişi-qadın münsibətini bu cür görüb, dərk etmişəm. "Yox" dediyim nədəsə məni yola gətirmək asan deyil. Gərək xanım 15 gün məşq etsin ki, hansı yolla mənim könlümü razı sala bilər".