Həsən Ruhani: Azərbaycan və İran arasındakı gözəl dostluq münasibətləri regional və beynəlxalq səviyyələrdə daha da genişlənəcək

4 İyun 2015 00:00 (UTC+04:00)

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikasının xalqını və dövlətini səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi istiqamətində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə bundan sonra daha da genişlənəcəkdir.

Allah-Təaladan Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə rifah, səadət və başucalılığı arzu edirəm".