Azərbaycanda prezident seçkilərinin günü məlum olub
10 Sentyabr 2012 20:20 (UTC+04:00)
Azərbaycanda 2013-cü il prezident seçkiləri
oktyabrın 16-da keçiriləcək.
APA-nın məlumatına görə, Seçki
Məcəlləsinə əsasən, prezidentin Konstitusiya ilə müəyyən olunmuş
səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü
həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin
keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə elan
edilir.
Seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki
Komissiyasının qərarı ən gec 2 gün müddətində dərc edilməlidir.
2013-cü ilin əvvəlindən başlayaraq prezident seçkisi ilə əlaqədar
MSK tərəfindən ənənəvi kursların keçirilməsinə başlanacaq.