Ərdoğan erməniləri və geyləri Türkiyəyə qarşı təxribatda ittiham etdi

4 İyun 2015 14:30 (UTC+04:00)

Ümumi seçkilər ərəfəsində seçiciləri qarşısında növbəti dəfə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz tənqidçilərini, jurnalistləri, erməniləri və qeyri-ənənəvi oriyentasiyalı şəxsləri Milli Demokrat Partiyasını dəstəkləməkdə ittiham edib. Movqe.az bu barədə "Hurriyetdaily" saytına istinadən xəbər verir.

""Doğan Media" onların əsas müttəfiqidir. Erməni lobbisi, homoseksuallar və Əlisiz Ələviliyə inananlar – bütün onlar təxribatda iştirak edirlər", - Ərdoğan iyun ayının 3-də şərqi vilayətin sakinləri qarşısında çıxış edərkən bildirib.Qeyd etmək lazımdır ki, ölkənin parlamentində hakimiyyət partiyasının tutduğu yerlərin sayı, Milli Demokrat Partiyasının 10% səviyyəsini aşa biləcəyindən asılıdır.O həmçinin beynəlxalq mətbuata qarşı ritorikasını təkrarlayıb."Onları bəzi xarici KİV dəstəkləyir, onlar Türkiyəyə öz koloniyaları kimi baxırlar", - Ərdoğan bəyan edib.