Putin Roma Papası ilə görüşəcək

4 İyun 2015 19:30 (UTC+04:00)

İyunun 10-da Roma Papası Fransisk Rusiya prezidenti Vladimir Putini Vatikanda qəbul edəcək."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Vatkanın mətbuat xidməti başçısının müavini Çiro Benedettini bildirib.Qeyd edək ki, İtaliyada "EKSPO" sərgisində Rusiya pavilyonu da fəaliyyət göstərir. Həmin pavilyonu V.Putinin də ziyarət edəcəyi haqda məlumat yayılmışdı.